QAYDALAR

  1. Qeydiyyat

    1.1. Qeydiyyat 13 yaşından yuxarı hər kəsə açıqdır.
    1.2. İştirakçı aquahack.hackathon.az saytında təqdim olunmuş qeydiyyat formasındakı vacib bölmələri düzgün doldurmalıdır.
    1.3. AquaHack yarışında qeydiyyat ödənişsizdir 
    1.4. İştirakçı ilə bağlı sual yarandığı təqdirdə Təşkilat Komitəsi tərəfindən həmin şəxs(lər)lə əlaqə saxlanılacaq.
    1.5. İstifadəçinin fərdi məlumatları onların icazəsi olmadan digər tərəfə (sponsora, iş axtarana) ötürülə bilməz. 
    1.6. Qeydiyyatdan iştirakçılar fərdi və maksimum 5 nəfərdən ibarət komanda şəklində keçə bilər.
           1.6.1. Qeydiyyat fərdi və ya komanda şəklində müraciət.
           1.6.2. Fərdi qeydiyyatdan keçmiş iştirakçılar sonradan özləri və ya tədbir təşkilatçılarının köməyi ilə komanda formalaşdıra (yeni komanda yarada və ya mövcud komandaya qoşulmaqla) bilərlər.
    1.7. Yarışın əsas dili Azərbaycan dilidir. Lakin komandada minimum 1 nəfər ingilis dilini bilən arzuolunandır (təqdimatlar və xarici mütəəxəssislərin sualalrını cavablandırmaq üçün)
    1.8. Bir iştirakçı bir neçə komandaya qoşula bilməz. 
    1.9. Qeydiyyat 10 İyun 2020 00:00:01-də başlayıb – 25 İyun 2020 23:59:59-da yekunlaşır. Daha sonra göndərilən ərizə və şikayətlər qəbul edilməyəcək.

  2. İştirakçı seçimi (və ya Yarışda iştirak)

    2.1. Qeydiyyatdan keçmiş komandalar (1-5 nəfərdən ibarət) seçim mərhələsinə buraxılırlar.
    2.2. Seçim mərhələsində iştirakçılar, proqramlaşdırma biliyinə, qaydalara və yarışmanın formatına uyğun olaraq təşkilatçılar tərəfindən seçiləcək.
           2.2.1. Komandada minimum bir nəfər texniki biliklərə sahib olan üzvün olması vacibdir.
    2.3. Seçim mərhələsi başa çatdıqdan sonra, nəticə iştirakçıların qeyd etdikləri əlaqə vasitələri (e-poçt və ya telefon zəngi) ilə bildiriləcək.

  3. Təlimlər və Seminarlar

    3.1. Təlimlər ödənişsizdir.
    3.2. Təlimlər iştirakçıların qeyd olunmuş mövzuda biliklərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilir.
    3.3. Təlim mövzuları və təlimçilər barədə məlumat təşkilatçılar tərəfindən əvvəlcədən veriləcək.
    3.4. Təlimlərin keçiriləcəyi yer (Onlayn olduqda link) və zamanı barədə məlumat iştirakçılara əvvəlcədən bildiriləcək.
    3.5. Yarış vaxtı komanda üzvlərindən minimum birinin qeyd edilən təlimlərdə iştirak etməsi məcburidir.

  4. Yarış

    4.1. Yarışmada 1 və maksimum 5 nəfərdən ibarət seçilmiş komandalar iştirak edir.
    4.2. Yarışmada iştirakçı komandalar proqram kodunu özləri yazmalıdır!
           4.2.1. Açıq Qaynaq (Open Source) kitabxanalarından (library) istifadə oluna bilər.
           4.2.2. Kodlara şərhlərin əlavə olması arzu olunandır.
    4.3. Yarış kodları repoziroti-də (github və ya digər platformada) olması vacibdir
           4.3.1. Yarış vaxtı (48 saat ərzində) repozitoriyə minimum 4 dəfə push olunmalıdır
           4.3.2. Github-da repoya minimum 12 saatdan bir məlumat ötürməlidir.
    4.4. Yarışda iştirak edərkən hazırlanan tətbiqlərin(məhsulların) yarışma başa çatmadan hər hansı App Marketə yerləşdirilməsi, və ya digər yarışlarda iştirak üçün göndərilməsi qadağandır.
    4.5. Yarışmaya mövcud olan tətbiqlərlə (hazır məhsullarla) qatılmaq olmaz!
    4.6. Yarış vaxtı iştirakçıların sulları və ya hər hansı çətinlikləri olarsa təşkilatçılar və ya qeyd edilən istiqamət üzrə aquahack saytındakı mentorların dəstəklərini alacaqlar.
    4.7. Yarışmadan sonra tətbiqin (məhsulun) müəllifi, onun digər versiyalarında istədiyi düzəlişləri edə, logoları yığışdıra və ya Market-də yerləşdirə bilər.
    4.8. Yarışma müddətində yazılacaq tətbiqlərın səlahiyyətləri Hackathon Azərbaycana aiddir. Müəllif hüquqları isə onu yazan proqramçıya məxsusdur.
    4.9. Hackathon Azerbaijan yarışmaçılar tərəfindən yazılan tətbiqləri yalnız hackathon.az saytında yayımlaya bilər. Market-də yayımlamaq hüququ yalnız müəllifə məxsusdur (Yarışmadan sonra).
    4.10. İştirakçı hər bir istiqamət üzrə yalnız bir lahiyə ilə yarışa bilər (İstiqamətlərin siyahısı ilə aşağıda tanış ola bilərsiz).
           A. Kənd təsərrüfatında sudan səmərəli istifadə üçün məlumat əsaslı sistemin qurulması
                   A.1. Məhsula görə suyun ölçülməsini Android, IOS və. s sistemli qurğularla necə həyata keçirməsi;
                   A.2. Torpağın məhsula görə su ilə doyma sisteminin müəyyən edilməsi ;
                   A.3. Məhsulun inkişaf fazasının şəklini sistemə yükləməklə onun suya olan tələbatının müəyyən edilməsi;
                   A.4. Bitki növünə görə suvarmaya tələb olunan suyun həcmi və cari tariflər üzrə hesablanmanı, həmçinin əraziyə xidmət göstərən Sudan İstifadəedənlər Birliyi haqqında məlumat verən mobil tətbiqin hazırlanması.
           B. Sudan istifadə edənlər üçün məlumat əsaslı sistemin yaradılması
                   B.1. Bitkinin növündən və suvarma şəbəkəsinin yerləşməsindən asılı olaraq su bölgüsünün optimalaşdırılması;
                   B.2. Regionlarda təbii və antropogen su hadisələri barədə interaktiv sorğu informasiya portalının yaradılması.
                   B.3. Məişətdə sudan istifadəni azaltmaq və suya qənaətlə bağlı maarifləndirmə və məlumatın çatdırılmasının ən effektiv yolları;
                   B.4. Mehmanxanalar, binalar və digər obyektlərdə su sərfiyyatını izləmək üçün mobil tətbiqin hazırlanması (sayğacdakı məlumatların tətbiq vasitəsilə mobil telefona ötürülməsi, balans bitmək üzrə olduqda bildirişin verilməsi və s.);
                   B.5. Sənayedə sudan istifadənin səmərəliliyinə nail olunması.
           C. Su təchizatı infrastrukturunun səmərəli istifadəsini təmin etmək
                   C.1. Su itkilərinin qarşısının alınması;
                   C.2. Çirkab, kollektor-drenaj və həmçinin müxtəlif mənşəli və keyfiyyətli sulardan istifadənin təmin edilməsi.
           D. Su ehtiyatlarının idarə edilməsi
                   D.1. Su obyektlərinin (çaylar, göllər, yeraltı sular, su anbarları) cari vəziyyəti barədə məlumatın real vaxt rejimində əldə olunması;
                   D.2. Su ehtiyatlarının qiymətləndirilməsi sahəsində modellərin tətbiq edilməsi;
                   D.3. Su ehtiyatlarının tükənməsi və çirklənməsinin qarşısının alınması;
                   D.4. İqlim dəyişmələri nəticəsində su, torpaq və bitki münasibətlərinin tənzimlənməsi.
           E. Fövqəladə hallar
                   E.1. Daşqınlarla bağlı daha proqnozların verilməsinin optimallaşdırılması;
                   E.2. Ölkənin enerji ilə təmin olunmasında İstilik Elektrik Stansiyalarının sudan asılılığının azaldılması;
                   E.3. İlin gürsulu dövründə müşahidə olunan çay sularının daha səmərəli istifadəsi.
    4.11. Müsabiqəyə ən azı 1 lahiyəsi olan iştirakçılar(komanda formasında) buraxılacaq.
    4.12. Məzmunu Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan tətbiqlər yarışmaya qəbul olunmayacaq.
    4.13. Yarışma zamanı tətbiqə reklam və digər kommersiya məqsədli əlavələr daxil edilməməlidir.
    4.14. Təhlükəsizlik qaydalarına zidd olan, cihazlara və şəxsi məlumatlara zərər vuracaq tətbiqlərin iştirakına icazə verilmir.

  5. Qalib seçimi

    5.1. Təqdim edilmiş layihə tətbiq və ya məhsul formasında olmalıdır
    5.2. Seçim bütün istiqamətlər üzrə təqdim edilmiş tətbiqlər (məhsullar) arasında ümumi aparılır.
    5.3. Təqdimatlar yarış bitən kimi Power Point və ya PDF formatında təşkilatçılara (repozotoriyə əlavə edilərək linki) göndərilməlidir.
    5.4. Təqdimatlar canlı olaraq onlayn ediləcək (Skype, zoom və s kanal ilə). Vaxt barədə təşkilatçılar məlumat verəcək.
    5.5. Yazılmış tətbiqlər(yaradılmış məhsullar) aşağıdakı seçim kriteriyalarına uyğun dəyərləndiləcək:
           5.5.1. İdeyanın originallığı
           5.5.2. İnnovasiyalılıq - Yenilikçiliyi və ideyanın kommersiyalaşdırılması imkanının olması (biznes modelin real olması)
           5.5.3. Faydalılıq - Məhsulun (tətbiqin) su sahəsinə verəcəyi faydalılıq
           5.5.4. Mövzu - Komandanın mövzuya aidiyyatlılığı (Dizayner, proqramçı, su rerursları üzrə ekspert və s)
           5.5.5. Davamlılıq - Layihənin inkşaf prespektivləri
           5.5.6. Ümumi - yaradılan məhsul haqqında qeydlər
           5.5.7. Təqdimat - İştirakçıların təqdimat bacarıqları
    5.6. Jüri trəfindən qeyd edilmiş kriteriyalar üzrə yüksək xal yığmış komandalar, aquahack saytında qeyd edilmiş hədiyyələrə sahib olacaqlar.

  6. Fors major

    6.1. Təşkilatçılardan asılı olmayan hər hansı səbəbdən yarışın vaxtı dəyişdirilə (və ya ləğv edilə) bilər.

  7. Yekun

    7.1. Yarışda qeydiyyatdan keçən iştirakçılar burda qeyd olunan bütün qaydaları qəbul etmiş olurlar.
    7.2. Qaydaları pozan iştirakçılar təşkilatçıların irad və xəbərdarlıqlarına əməl etmədikdə yarışmadan kənarlaşdırılacaq.
    7.3. Təşkilatçılar qaydalarda istədikləri vaxtı dəyişikliklər edə bilərlər.

RƏSMİ DƏSTƏK VƏ TƏŞKİLATÇI

BİZİMLƏ ƏLAQƏ

Hackathon Azerbaijan – AquaHack yarışı ilə əlaqədar suallarınız olarsa
bizim sosial şəbəkələrdəki hesablazımızdan əlaqə saxlaya bilərsiz.

Təşkilat komandasının əlaqə vasitələri: