AQUAHACK ÇƏRÇİVƏSİNDƏ PR VƏ TƏQDİMAT BACARIQLARI MÖVZUSUNDA VEBİNAR KEÇİRİLƏCƏK

Aquahack müsabiqəsi çərçivəsində növbəti vebinar cari ilin 2 iyul tarixində, Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq. PR və təqdimat bacarıqları mövzusunu əhatə edəcək vebinar bu sahədə xeyli müddətdir pedaqoji və praktik təcrübəyə malik, NRYTN yanında ETX-nın rəsmi nümayəndəsi, "Hackathon Azerbaijan" TK-nın üzvü Ellada Mustafayeva tərəfindən keçiriləcək.
Vebinarın məqsədi müsabiqə iştirakçılarına öz məhsullarını təqdim etmək bacarıqlarını inkişaf etdirmək, gələcəkdə təqdim etdikləri layihələrin PR strategiyasını qurmağa yardımçı olmaqdır.
Məlumat üçün qeyd edək ki, AquaHack Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hackatondur.