AQUAHACK MÜSABİQƏSİNDƏ NƏ ETMƏK LAZIMDIR? MÖVZUSUNDA VEBİNAR

"Aquahack müsabiqəsində nə etmək lazımdır?" bu sualın cavabını iştirakçılarımız növbəti vebinarda daha ətraflı şəkildə əldə edəcəklər.
Vebinar "Hackathon Azerbaijan" komandasının nümayəndələri Malik Məmmədli və Rəşad Əliyev tərəfindən həyata keçiriləcək.
Vebinar cari ilin 25 iyun tarixində, saat 21:00-da baş tutacaq. Vebinarın işçi dili Azərbaycan dili.
Məlumat üçün qeyd edək ki, AquaHack Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hackatondur.