EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ VƏ BMT-NİN İNKİŞAF PROQRAMI SUYA QƏNAƏT MÖVZUSUNDA HACKATHONA START VERİB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı suya qənaət mövzusunda Hackathona start verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hackathona start verib.
 

Hackathon mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədi ilə keçirilir.
 

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib ki, “AquaHack” adlanan yeni təşəbbüs Dayanıqlı İnkişaf Məqsədləri və Avropa İttifaqının Yaşıl Sövdələşməsinə uyğun olaraq su mövzusunda aparılacaq dialoqun başlanğıcıdır: “Bura yeni və innovativ həll yollarının tapılmasında birgə iş aparmaq üçün tərəfdaşların platformasıdır. Su naminə rəqəmsal bir gələcəyə sərmayə qoymağın vaxtıdır”.
 

BMTİP-nin Rezident nümayəndəsi Alessandro Frakassettinin sözlərinə görə, sudan istifadəyə yeni yanaşma su qıtlığının öhdəsindən gəlməyə kömək edə bilər: “Bu, yeni həllər, cəmiyyət və bizneslər üçün yeni imkanlar yarada bilər. Ona görə də Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramı innovativ rəqəmsal həllər tapmaq üçün əməkdaşlıq edir. Hər kəs üçün dayanıqlı gələcək yaratmaq mümkündür, lakin biz buna ancaq birlikdə çalışaraq nail ola bilərik”.
 

“AquaHack” müsabiqəsi elan edildiyi gündən bəri cəmi iki həftə ərzində yarışmaya 328 ərizə ilə müraciəti olunub.
 

Yarışma su mövzusu ətrafında birləşən komandaları suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azaldılması üçün 48 saat ərzində texnoloji ideyalar və həllər tapmağa və təklif etməyə dəvət edir.
 

Bütün ideya və təkliflər ixtisaslaşmış münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
 

Ümumilikdə, 3 mükafat - birinci yer üçün 5 min, ikinci yer üçün 3 min və üçüncü yer üçün 2 min manat təqdim olunacaq.
 

AZƏRTAC

RƏSMİ DƏSTƏK VƏ TƏŞKİLATÇI

BİZİMLƏ ƏLAQƏ

Hackathon Azerbaijan – AquaHack yarışı ilə əlaqədar suallarınız olarsa
bizim sosial şəbəkələrdəki hesablazımızdan əlaqə saxlaya bilərsiz.

Təşkilat komandasının əlaqə vasitələri: