HİDROMETEOROLOGİYA SAHƏSİNDƏ AZƏRBAYCANDA MÖVCUD VƏZİYYƏT

Aquahack müsabiqəsi çərçivəsində növbəti vebinar cari ilin 29 iyun tarixində Bakı vaxtı ilə saat 15:00-da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva tərəfindən aparılacaq.
Vebinarın əsas mövzusu hidrometeorologiya sahəsində Azərbaycanda mövcud vəziyyət, problemlər, onların həlli istiqamətində görülən işlər və bu sahəyə dövlət dəstəyi.
Məlumat üçün qeyd edək ki, AquaHack Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hackatondur.