SU EHTİYATLARI MÜHƏNDİSLİYİNDƏ HESABLAMA MƏSƏLƏLƏRİ MÖVZUSUNDA VEBİNAR KEÇİRİLƏCƏK

Su ehtiyatları mühəndisliyində hesablama məsələləri mövzusunda vebinar keçiriləcək

AquaHack müsabiqəsi çərçivəsində cari ilin 29 iyun tarixində Bakı vaxtı ilə saat 19:00-da "Su ehtiyatları mühəndisliyində hesablama məsələləri" mövzusunda vebinar keçiriləcək. Vebinar su problemləri üzrə qlobal təcrübəyə malik mütəxəssis Almaniyanın Tractebel Engineering GmbH şirkətində baş proqram tərtibatçısı və su mənbələri üzrə mühəndis çalışan Özgür Beşer tərəfindən Türkiyə türkcəsində keçiriləcək.
 

Vebinar Aquahack müsabiqəsi çərçivəsində keçirildiyi üçün müsabiqənin veb səhifəsi qeydiyyatdan keçərək vebinarın linkini əldə etmək olar.
 

Məlumat üçün qeyd edək ki, AquaHack Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramı (BMTİP) mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə “Hackathon Azerbaijan” komandası ilə birgə Azərbaycanda su mövzusunda keçirilən ilk virtual hackatondur.
 

RƏSMİ DƏSTƏK VƏ TƏŞKİLATÇI

BİZİMLƏ ƏLAQƏ

Hackathon Azerbaijan – AquaHack yarışı ilə əlaqədar suallarınız olarsa
bizim sosial şəbəkələrdəki hesablazımızdan əlaqə saxlaya bilərsiz.

Təşkilat komandasının əlaqə vasitələri: